28 may qəsəbəsində niyə nəfəs almaq olmaz?-Video

28 may qəsəbəsində niyə nəfəs almaq olmaz?-Video

Abşeron rayonu 28 may qəsəbəsinin sakinləri kanalizasiya və yol problemindən şikayətçidirlər.

Qəsəbə sakinlər iddia edirlər ki, illərdir kanalizasiya və yol problemi müxtəlif bəhanlərlə həll edilmir. Hətta vəziyyət o həddədir ki, kanalizasiya, çirkab suları ərazidəki bütün evlərin zirzəmisinə dolur.

Təmiz və saf havası olan 28 may qəsəbəsi dəniz səviyyəsindən təxminən 250 metr yüksəkdə yerləşir. Amma bu təmiz və saf havadan əsər-əlamət belə qalmayıb. Sakinlər deyir ki, üfunət əlindən pəncərələrini belə aça bilmirlər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı məlum məsələdən xəbərdar olduqlarını və onlara da müraciətin daxil olduğunu bildirdi. Qeyd etdi ki, həmin ərazidə salınmış böyük yaşayış massivinin mərkəzləşmiş kanalizasiya sistemi mövcud deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, Abşeron rayonun qəsəbədaxili yolları icra hakimiyyətinin tabeliyindədir. Lakin investisiya proqramı çərçivəsində AAYDA tərəfindən qəsəbədaxili yollar təmir olunur.

Çəkiliş apardığımızı eşidib, özünü tez əraziyə yetirən bələdiyyə sədri də gileyləndi.

21-ci əsrdə, özü də paytaxt Bakıda sakinlərin hələ də bu kimi problemlərlə birgə yaşaması bir deyil, bir neçə sual doğurur. Ən ucqar dağ kəndinə belə yolun çəkildiyi bir dövrdə 10 mindən artıq insanın yaşadığı 28 may qəsəbəsini çirkab içində, əsasən yolsuz və kanalizasiyasız saxlamaqda məqsədiniz nədir, əziz aidiyyəti qurumlar? Bu qədər insanı niyə təmiz havaya həsrət qoymusunuz? Bizə deməsəniz də, tək qalandar bu sualın cavabını özünüzə deyin, dəhşətə gələcəksiniz.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 4 =