28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir

28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir

Azərbaycanda 28 May – Müstəqillik Günü və 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

“Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilir və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 1 =