3 bəhreynli yeniyetmə haqqında həbs hökmü çıxarılıb

3 bəhreynli yeniyetmə haqqında həbs hökmü çıxarılıb

Müxtəlif medialar Ali-Xəlifə rejiminin 3 yeniyetməni 3 il həbs cəzasına məhkum etdiyini açıqlayıb.

Ali-Xəlifə rejimi məhkəməsi 3 yeniyetmə də daxil olmaqla bir sıra vətəndaşa həbs cəzası verib.

Bəhreyn mətbuatının verdiyi məlumata görə, “Əd-Diraz” bölgəsindən olan “Məhəmməd Həbib Bədav”, “Əhməd Abdullah Mərhun”, “Həsən Məhəmməd Müslim”, “Hüseyn İsa Abu Ruveys”, o cümlədən “Ən-Nuvəydərat” bölgəsindən olan “Mənsur Abdullah Əbdülcabbar”, “Fazil Abbas Abdullah” və “Əbdülcabar İsa Abdullah” da 10 il həbs cəzasına məhkum edilib.

 “Terrorçu dəstələrə qoşulmaq” ittihamı ilə Faris Hüseyn Həbibin 10 il, Abdullah Cəfər və Həsən Əli Rəşidin isə 3 il müddətinə azadlıqdan məhrum edildiyi bildirilib.

Ali-Xəlifə rejimi məhkəmələri siyasi fəaliyyət ittihamı ilə 7 gəncə ömürlük, 2 gəncə 5 il və 3 yeniyetməyə 3 il həbs cəzası verib.

Bu xəbərin dərcindən sonra bir çox fəal və media 3 uşağa qarşı bu ittihamları ələ salaraq, həmin uşaqların Ali-Xəlifə həbsxanalarında ən elementar hüquqlarından məhrum olduqlarını bəyan ediblər.

Bəhreyndə azyaşlı uşaqlar və yeniyetmələr saxlanıldıqda, onlarla digər yetkin məhbuslar kimi rəftar edilir və hətta fiziki işgəncələrə, mənəvi təzyiqlərə və təhqirlərə məruz qalırlar. Onların bəziləri tibbi və təhsil almaq üçün təbii hüququndan məhrumdurlar.

Yerli və beynəlxalq təşkilatların sənədləri və hesabatlarına görə, 2011-ci ilin fevralından 2021-ci ilin avqustuna qədər ən azı 607 bəhreynli uşaq müxtəlif zorakılığa, 259-u işgəncəyə məruz qalıb. Onlardan 124-ü həbsxanada həkim səhlənkarlığı ilə üzləşib.

116 nəfər oğurlanıb, qalanları isə həbsdə cinsi zorakılıqlar, həbsxanadan kənarda işgəncələrə məruz qalıb və təhsildən məhrum edilib.

Bəhreyndə 2011-ci ildən İslami oyanış dalğası baş verməsinə və ölkə xalqının Ali-Xəlifənin despotik hərəkətlərinə etiraz etməsinə baxmayaraq, hələ də əsil hədəfinə çatmayıb. Ali-Xəlifə rejimi yüzlərlə insanı vətəndaşlıqdan məhrum edib.

Son on ildə Əl-Xəlifə həbsxanalarının acınacaqlı vəziyyəti ilə bağlı çoxlu hesabatlar dərc olunub. Bu beynəlxalq ictimaiyyətin və insan haqları təşkilatlarının həbsxana şəraitinin yaxşılaşdırılması, siyasi məhbuslara qarşı işgəncə və pis rəftarın dayandırılması tələbinə səbəb olub.

Bəhreyn hakimiyyəti siyasi məhbusları müxtəlif işgəncələrə məruz qoyur, məsələn, 2022-ci il avqustun 10-da 14 məhbus yoxa çıxıb ki, ailələrinin onların taleyini üzə çıxarmaq üçün göstərdiyi gərgin səylərə baxmayaraq, onlar haqqında heç bir məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + two =