3 qardaş ölkə arasında tarixi gün “BAKI BƏYANNAMƏSİ” İMZALANDI-Video

3 qardaş ölkə arasında tarixi gün “BAKI BƏYANNAMƏSİ” İMZALANDI-Video

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin I üçtərəfli görüşü keçirilib

APA TV-nin xəbərinə görə , iclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı, Azərbaycanın rəqəmsal və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varanklı, Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev iştirak ediblər.

Görüşdən sonra Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşünün yekununda Bakı Bəyannaməsi imzalanıb.

Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin Bakıda keçirilmiş birinci üçtərəfli görüşü çərçivəsində Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsinin önəmi vurğulanıb.

Görüş çərçivəsində imzalanmış Bakı Bəyannaməsində qeyd olunub ki, nazirlər yeni təklif edilmiş dəhlizlərin tam istismarına ehtiyac olduğunu vurğulayıblar.

“Nazirlər Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyası arasında 9/10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapan dəmir yolu və avtomobil dəhlizlərinin yaradılması da daxil olmaqla regionda əlaqəni gücləndirəcək yeni təklif edilmiş dəhlizlərin tam istismarının zəruriliyini bəyan etdilər.

Nazirlər Şərqi Zəngəzur regionu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasını əlaqələndirən dəhlizin inkişafının vacibliyini Orta Dəhlizin perspektiv hissəsi kimi bəyan etdilər”, – deyə sənəddə qeyd olunub.

“Üç qardaş ölkə olaraq birgə toplantının keçirilməsi olduqca önəmli hadisədir”, – bunu Azərbaycan, Türkiyə və Qazaxıstan Xarici İşlər və Nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, ölkələrimiz arasında həm üçtərəfli, həm çoxtərəfli formatlarda çox yaxşı əməkdaşlıq formatları mövcuddur:

Nazir: BTQ Dəmir Yolu Xəttinin tam istismara verilməsi üçün tikinti işlərinin başa çatdırılması vacibliyi məsələsinə də toxunub:

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdı qeyd edib ki, hər üç tərəfin hökumətlər səviyyəsində əlaqələrin artırılmasında maraqlıdır.

Azərbaycan-Türkiyə-Qazaxıstan növbəti üçtərəfli görüşün Qazaxıstanda keçiriləcəyinə diqqət çəkən nazir bildirib ki, bu barədə Azərbaycan, Türkyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü çərçivəsində imzalanmış Bakı Bəyannaməsində qeyd olunub.

Bildirilib ki, tərəflər ikinci üçtərəfli görüşün qarşılıqlı razılaşdırılmış tarixlərdə Qazaxıstanda keçirilməsinə qərar veriblər.

“Bu gün Azərbaycan-Türkiyə-Qazaxıstan arasında çox tarixi görüş baş tutdu” , – Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışına bu sözlərlərlə başlayıb.

Nazir bildirib ki, bugünkü iclas çox uğurlu şəkildə keçib: “Azərbaycan Ordusunu Silahlı Qüvvələr günü münasibətilə də təbrik edirəm. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində gücünü göstərdi”.

Nazir eyni zamanda, Azərbaycan-Türkiyə-Qazaxıstan arasında əlaqələrdən də bəhs edib:

Türkiyə XİN rəhbəri qeyd edib ki, xəzərdən keçidlər çox böyük əhəmiyyət kəsb edir. Mövlud Çavuşoğlu eyni zamanda, Azərbaycan-Türkiyə-Qazaxıstan arasında əlaqələrdən də bəhs edib.

“Azərbaycanla Ermənistan arasında əlaqələrinin normallaşmasını dəstəkləyirik. Azərbaycanın Qərb regionları ilə əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin ən qısa zamanda açılmasını gözləyirik” – deyən Cavuşoğlu əlavə edib ki, bu, regionda da inkişafa səbəb olacaq: “Zəngəzur dəhlizinin açılması region ölkələrinin inkişafı baxımından da çox önəmlidir”.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + ten =