“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək

“3+3” platformasının növbəti iclası Tehranda keçiriləcək

“3+3” platformasının növbəti iclası İranın paytaxtı Tehranda keçiriləcək.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian iyulun 4-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Xatırladaq ki, “3+3” regional məşvərət platformasının birinci iclası Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə xarici işlər nazirləri müavinlərinin, İran XİN Baş direktorunun sədrliyi ilə 2021-ci il dekabr ayında Moskva şəhərində keçirilib. Gürcüstan Xarici İşlər Nazirliyi bu platformada iştirak etməyəcəyini bildirmişdi.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda rəsmi səfərdədir.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − seven =