37-ci İran-Azərbaycan velosipedsürmə turniri başlanıb

37-ci İran-Azərbaycan velosipedsürmə turniri başlanıb

37-ci İran-Azərbaycan velosipedsürmə turnirinin ilk mərhələsi başlanıb.

İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətləri kimi üç vilayətinin ev sahibliyi ilə mayın iyirmi yeddisindən otuz birinədək otuz yeddinci İran-Azərbaycan beynəlxalq velosipedsürmə turniri yeddi xarici və dörd daxili komandanın iştirakı ilə keçirilir.

Yarışlarda İrandan dörd komanda, həmçinin Almaniyadan «Bayk İcid» , İndoneziyadan «Cakarta Pro», Qazaxıstandan «Vino», Türkiyədən «Spor Toto» yenə də Türkiyədən «İstanbul Bələdiyyə Spor», İraq milli komandası və Özbəkistandan «Uyusun» komandaları iştirak edirlər.

Azərbaycan turniri, Asiya qitəsində ən qədim və İranın ən mötəbər velosipedsürmə turniri sayılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 15 =