4 Fələstinli jurnalist azadlığa buraxılacaq

İsrail Həbsxanalar Təşkilatı Ofer və Katsiyot həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi üçün son addımların atıldığını açıqlayıb.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən, 6 israilli məhbusun təhvil verilməsi müqabilində bağlanan əsir mübadiləsi razılaşması çərçivəsində bu gün (22 fevral) 602 fələstinli məhbusun sərbəst buraxılması planlaşdırılır.
Məlumata görə 4 fələstinli jurnalist məhbus mübadiləsi sazişi çərçivəsində bu gün İsrail həbsxanalarından azad ediləcək.
Bu dörd jurnalist Qəzza zolağının sakinləridir və son soyqırım müharibəsi zamanı əsir götürülüblər.
Qəssam Briqadaları “Tal Shoham” və “Ovira Mengistu” iki israilli məhbusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində Qırmızı Xaç qüvvələrinə təhvil verib. Daha 4 məhbusun Qəzza zolağının mərkəzində yerləşən Nussiratda Qırmızı Xaç təşkilatına təhvil verilməsi planlaşdırılır.
Bu gün (şənbə günü) 602 fələstinli məhbus 6 israilli məhbusun azadlığa buraxılması müqabilində İsrail həbsxanalarından azad ediləcək. Onlarla ömürlük və ağır həbs cəzasına məhkum ediliblər.