400.000 yəmənli uşaq ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldı

400.000 yəmənli uşaq ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı cümə günü beş yaşından aşağı təxminən 400.000 yəmənli uşağın kəskin qida çatışmazlığı səbəbindən həyatlarının təhlükə altında olduğunu xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatı həmçinin ən az 2.3 milyon uşağın kəskin qida çatışmazlığı riski altında olduğunu qeyd edib.

BMT-nin Ümumdünya Qida Proqramının icraçı direktoru Devid Bisli, “Kəskin qida çatışmazlığından əziyyət çəkən hər bir uşaq bir ailənin həyatda qalmaq üçün mübarizə apardığı anlamına gəlir və bu statistika bir növ yəmənlilərə kömək üçün bir çağırışdır” deyə bildirib.

Kəskin qida çatışmazlığı səbəbindən ölüm riski altında olan yəmənli uşaqların sayının 400.000-ə qədər artması 2020-ci ildə bu sayda 22 faiz artım olduğunu göstərir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun(UNİCEF) prezidenti Henrietta Four isə, “Ciddi addımlar atılmadıqca hər gün daha çox uşaq ölür”, deyə bildirib.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, üç milyondan çox yəmənli məcburi köçkün vəziyyətinə düşmüş və Yəmənin 29 milyon əhalisinin təxminən 80 faizi isə sağ qalamaq üçün köməyə möhtacdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 7 =