46 milyon amerikalı tibbi xidmət haqlarını ödəyə bilmirlər

46 milyon amerikalı tibbi xidmət haqlarını ödəyə bilmirlər

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, “West Health-Gallup”-un yeni bir araşdırmasına görə, təqribən 46 milyon amerikalı, keyfiyyətli tibbi xidmət üçün pul ödəyə bilmirlər.  Tədqiqatda eyni zamanda geniş irqi və iqtisadi fərqlər də araşdırılıb.

Tibbi yardım ala bilmədiyini söyləyən qaradərililərin sayı ağlardan ikiqat artıq olub. Aşağı gəlirli amerikalıların 35%-i, koronavirus dövründəki son 12 ayda lazımi tibbi xidmət haqlarını ödəyə bilmədiklərini söyləyib.

Həmçinin hər səkkiz amerikalıdan biri (12%) tibbi xidmətə görə qida xərclərini azaltdıqlarını bildiriblər.

“The Guardian” qəzetinin yazdığına görə, Birləşmiş Ştatlar səhiyyəyə dünyanın digər ölkələrindən daha çox və yüksək gəlirli bir ölkənin ortalamasından iki dəfədən artıq xərcləməsinə baxmayaraq ən aşağı orta ömür nisbətinə və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan 11 inkişaf etmiş ölkə arasında ən yüksək intihar faizinə malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − 11 =