50 il əvvəl insanlar niyə kökəlmirdi?

50 il əvvəl insanlar niyə kökəlmirdi?

Publika.az xəbər verir ki, sağlam və balanslı qidalanmanın ayrılmaz hissəsi olan paxlalı yeməkləri həftədə ən az üç-dörd dəfə yeməklə immun sisteminizi gücləndirə bilərsiniz.

Bu qidalar çəkini idarə etməkdə və piylənmə ilə mübarizədə də mühüm rol oynayır. Paxlalı bitkilər dünyanın üzləşdiyi ən böyük sağlamlıq problemlərindən biri olan piylənmə ilə mübarizədə “dəyərli qida” hesab olunur. Zülalla zəngin paxlalı qidalarla qidalanaraq və aktiv qalmaqla sağlamlığımızı qoruya bilərik.

Yağlı və şəkərli qidaların həddindən artıq istehlakı, “fast food” istehlakının artması, oturaq həyat tərzi kimi bir çox faktorun səbəb olduğu piylənmə dövrümüzün ən böyük sosial problemlərindən biridir. Piylənmə bir çox xroniki xəstəliklərin səbəbidir və ürək-damar xəstəliklərindən hipertoniyaya, 2-ci tip diabetdən xərçəngə qədər bir çox xəstəliyin inkişaf riskini artırır. Piylənmə sağlamlıqda ciddi problemlər yaratmaqla yanaşı, insanın sosial həyatına da təsir edir, ömrü on il azaldır. Bundan əlavə, artıq çəkili insanların covid-19 səbəbiylə xəstəxanaya yerləşdirilmə ehtimalı normal çəki olan insanlarla müqayisədə iki dəfə çoxdur.

1975-ci ildən bəri piylənmə böyüklər arasında üç dəfə, uşaqlar və yeniyetmələr arasında isə beş dəfə artmışdır. Bu problem inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə hər yaşda olan insanları əhatə edir. Artıq çəkili və kök insanların sayı həm ölkəmizdə, həm də bütün dünyada sürətlə artır.

Şəkərli və yağlı qidalar yerinə mümkün qədər çox tərəvəz, meyvə və paxlalı yeməklər yemək, nizamlı idman etmək və aktiv olmaq piylənmənin qarşısının alınmasının qızıl qaydaları arasındadır. Lifli qidalar sağlam və balanslı yeməyin vacib hissəsidir. Pəhrizin ən təsirli vasitəsi olan taxıl və quru paxlalılarla artıq çəki, köklük problemlərinin qarşısını almaq mümkündür.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − five =