500 şəhid və 1700 yaralı; İsrailin Livana qarşı son cinayət statistikası

500 şəhid və 1700 yaralı; İsrailin Livana qarşı son cinayət statistikası

Livanın Səhiyyə Nazirliyi son statistikasında bu ölkədə 500 nəfərin şəhid olduğunu, 1700 nəfərin isə yaralandığını açıqlayıb.

Livanın Səhiyyə Nazirliyi bu gün son statistik məlumatında sionist rejimin Livana hava hücumlarının başlamasından bu yana 500 nəfərin şəhid olduğunu, 1700 nəfərin isə yaralandığını açıqlayıb.

“Əl-Mayadin” telekanalı çərşənbə axşamı səhər saatlarında bildirib ki, təkcə sionist rejimin Livanın şimalındakı Bəqa bölgəsinə son 24 saatlıq hücumları zamanı 113 nəfər şəhid olub, 500-dən çox insan yaralanıb.

Sionist rejim ordusu dünən (bazar ertəsi) səhər saatlarında Livanın cənubunun müxtəlif bölgələrinə genişmiqyaslı hücumlara başlayıb və bu ana qədər də davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − one =