53 Fələstin məktəbi sionist rejim tərəfindən dağıdılmaq ərəfəsindədir

53 Fələstin məktəbi sionist rejim tərəfindən dağıdılmaq ərəfəsindədir

İordan çayının qərb sahilində yerləşən 53 fələstinli məktəb sionist rejim tərəfindən dağıdılmaq təhlkəsi ilə qarşı-qarşıyadır və bu məktəblərdəki 1000-dən çox fələstinli şagirdin gələcəyi sual altındadır.

Mehr Xəbər Agentliyinin Şahab News-a istinadən verdiyi məlumata görə, Fələstin Təhsil Nazirliyinin sözçüsü Sadiq Əl-Xəzur elan edib ki, sionist işğalçı rejim Qərb Sahilində “C” adlanan bölgələrdə yerləşən ən azı 53 fələstinli məktəbi məhv etməklə hədələyib.

Bu məsələ 1000-dən çox fələstinli tələbənin gələcəyini riskə atıb.

Əl-Xəzur Hebron və Əl-Əğvar bölgəsində yerləşən “Musafir Yətta”dakı bəzi Fələstin məktəblərinin sökülməsi ilə bağlı son bildiriş aldığını və bu məsələnin bu bölgələrdəki tələbələrin gələcəyi ilə bağlı narahatlıqları artırdığını bildirib.

Bu arada, Ramallah, Əl-Bire, Beyti-Ləhm və Şərqi Qüdsdəki məktəblərdə bu gün şənbə günü yeni tədris ili başlayır və əksər məktəblər sabahdan tədrisə başlayacaq.

Digər tərəfdən, “Divar və qəsəbə salınmasına qarşı müqavimət” komitəsinin rəhbəri Muəyyid Şaban elan edib ki, bu ilin əvvəlindən işğalçı sionist rejimin səlahiyyətliləri İordan çayının qərb sahilində yerləşən 3 Fələstin məktəbini dağıdıblar.

Şaban sionist rejimin Fələstin məktəblərini davamlı olaraq hədəfə almasını ən sadə insan haqları qanunlarının, o cümlədən uşaqların, xüsusən də işğalçıların hakimiyyəti altında olan uşaqların təhsil almaq və sağlam uşaqlıq dövrünün təmin edilməsi hüququnun pozulması kimi qiymətləndirib.

O, daha sonra sionist mühacirlərə qeyri-məhdud icazələr verməklə və eyni zamanda fələstinlilərin normal həyatlarını davam etdirmələrinə mane olmaqla, sionist rejimin siyasətlərini irqçilik adlandırıb.

Qeyd edək ki, ötən həftə sionist rejim əsgərləri Ramullahın “Əyn Samiyyə” bölgəsinə hücum edərək 2022-ci ildə Avropa Birliyinin yardımı ilə tikilmiş məktəbi dağıdıblar.

Cümə günü sionist rejimin bu hərəkəti Avropa Birliyi tərəfindən pislənilib və bu Avropa qurumu sionist rejimdən fələstinli uşaqların təhsil haqqına hörmətlə yanaşmasını tələb edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 6 =