57 ABŞ konqresmeni Əbu Aqilənin qətli ilə bağlı müstəqil araşdırma aparmağa çağırıb

57 ABŞ konqresmeni Əbu Aqilənin qətli ilə bağlı müstəqil araşdırma aparmağa çağırıb

Cümə günü 50-dən çox ABŞ qanunvericisi FBİ-yə məktub yazaraq, İsrailin təhqiqat apardığını iddia etməsinə baxmayaraq, Əl-Cəzirə kanalının fələstinli müxbirinin öldürülməsini araşdırmasını tələb edib.

“Russia Today”-in məlumatına görə, konqresmen Andre Karsonun başçılıq etdiyi Solçu Demokratlar partiyasının 57 nümayəndəsi Əl-Cəzirə telekanalının fələstinli müxbiri Şirin Əbu Aqilənin Amerika vətəndaşı olduğunu bildirərək  fələstinli jurnalistin öldürülməsi səbəblərinin araşdırılmasını tələb edib.

Nümayəndələr dövlət katibi Entoni Blinkenə və ABŞ Federal Təhqiqatlar Bürosunun rəhbəri Kristofer Reyə məktub yazaraq bildirib: “Bölgədəki narahatlıq doğuran vəziyyəti və Şirin Əbu Aqilənin öldürülməsi ilə bağlı çoxsaylı və bəzən ziddiyyətli xəbərləri nəzərə alaraq, Xarici İşlər naziri və Federal İdarənin rəhbərini bununla bağlı lazımi araşdırmalara aparmağa səsləyirik.”

Bu məktuba əsasən, Şirin Əbu Aqilə Amerika vətəndaşı olduğuna görə xaricdə yaşayan amerikalıları dəstəkləmək baxımından o, bütün lazımi hüquqlara malik idi.

Bundan əvvəl Əl-Cəzirə və fələstinli şahidlər Şirin Əbu Aqilənin İsrailin şimal-qərbdəki Cənin düşərgəsinə hücumu zamanı İsrail qüvvələrinin hədəfinə çevrildiyini bildirmişdilər.

İbrani dilində çıxan “Haaretz” qəzeti İsrail ordusunun “ordu qüvvələrinin hər hansı cinayət törətdiyinə heç bir şübhə olmadığını” düşündüyü üçün Şirin Əbu Aqilənin qətlini araşdırmayacağını yazıb.

İbranidilli qəzet onu da açıqlayıb ki, İsrail ordusu öz qüvvələrinin dindirilməsinin İsrail ordusunda və cəmiyyətində mübahisələrə səbəb olacağına inanır.

Bundan əvvəl İsrail ordusunun sözçüsü Avixa Adrei özünün Tvitter səhifəsində yazıb ki, İsrail Fələstin tərəfinə Şirin Əbu Aqilənin öldürülməsi ilə bağlı şəraitin birgə araşdırılmasını təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 5 =