6 Səudiyyə vətəndaşı edam cəzasına məhkum edilib
Səudiyyə rejiminin məhkəməsi vicdan məhbuslarına qarşı bir sıra özbaşına ölüm hökmlərinin ardınca, həbsdə olan bir neçə gənc haqqında da ölüm hökmü çıxarıb.
İnsan haqları mənbələri adları Məhəmməd Təhnun, Mustafa Əbu Şahin, Abdulla Qəzvi, Zuheyr Əs-Samxan, Məhəmməd Əl-Musab və Razi Şaib olan 6 Səudiyyə vətəndaşı üçün ölüm hökmünün verildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Bin Salman hökuməti tərəfindən edam cəzasına məhkum edilənlərin sayı 59-a yüksəlib.
Edam cəzasına məhkum edilənlərin sayındakı bu artım Səudiyyə hökumətinin insan haqları təşkilatlarının etirazına açıq-aşkar etinasızlığının kölgəsində baş verib və beynəlxalq təşkilatlar Səudiyyə Ərəbistanında edamların dərhal dayandırılmasını tələb edir.