6 yaşlı şəhid övladı: “Mənim atam qəhrəmandır!”

6 yaşlı şəhid övladı: “Mənim atam qəhrəmandır!”

Vətən torpaqlarının müdafiəsində yaşadığı, doğulub böyüdüyü bölgədən asılı olmayaraq, canını, qanını qurban vermək hər döyüşçüyə nəsib olmur. Hər kəs o müqəddəs şəhidlik zirvəsinə, ali məqama yüksəlmək şərəfini qazanmır. O ucalığa çatanların yeri əbədi olaraq könüllərdə, qəlblərdədir. Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları ilə başlayan Vətən müharibəsində iştirak edərək şəhid olan qəhrəmanlazımızdan biri də Araz Cəfərovdur. Araz  LAçın uğrunda gedən döyüşlərdə Səfiyan kəndi istiqamətində qəhrəmancasına şəhid olub. Yaxınları onu istiqanlı və vətənpərvər biri kimi xatırlayırlar.  Şəhidin anası Qətibə Cəfərova övladı ilə hər zaman fəxr etdiyini bildirərək qeyd edibki, Araz hər zaman şəhid olmaq, ən ali məqama yüksəlmək arzusunda olub

Arazdan geriyə onun iki azyaşlı övladı qalıb. 6 yaşını qeyd edən Balaca Anar atasının qəhrəman olduğunu deyir. 

Biz ölkə olaraq, çox ciddi bir prosesdən keçdik, ordumuz düşmənə layiqli cavab verdi və mənfur yağıların məqsədlərini puç etdi. Şəhidlərimizə minnətdarıq, ruhları kimi, onların ailələri, doğmaları və ən əsası övladları da bizim üçün həmişə əziz olacaqlar. 

Arazın yaxınları da onun hər zaman mehriban, səmimi və gülərüz birisi olduğunu bildirirlər. 

Saçları heç zaman ağarmayacaq, şəhid əsgərlər! Xalqımız hər zaman sizə borcludur. Uğrunda can verdiyiniz torpağa tapşırılırsınız. Üçrəngli bayrağımız nəşinizin örtüyü olur. Valideynləriniz sizinlə fəxr edir. Siz şəhidlik məqamındasız. Ən layiqli ad daşıyırsız.   Biz azadlığımızın, istiqlalımızın carçısı olan şəhidləri ən səmimi hiss və duyğularla anırıq!Təki Vətən sağ olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + twelve =