Nəsrullah: İsrailin istənilən hücumuna dərhal cavab verəcəyik, Amerika axmaqlıq etsə, cavabını alacaq

Nəsrullah: İsrailin istənilən hücumuna dərhal cavab verəcəyik, Amerika axmaqlıq etsə, cavabını alacaq

Sizinyol xaric imediaya istinadən xəbər verir:

Livan Hizbullah hərəkatının Baş katibi Hizbullah Şəhidləri Günü münasibətilə etdiyi çıxışd, bu ölkədəki müqavimətin Sionist düşmən və ABŞ-ın hər cür hücumuna dərhal cavab verəcəyini bildirdi.

Seyid Həsən Nəsrullah Çərşənbə günü Livandakı İslami Müqavimət döyüşçülərindən birinin, “Əhməd Quseyr” adlı şəxsin 1982-ci ildə Sur şəhərində Sionist işğalçı qüvvələrə qarşı şəhidlik əməliyyatı zamanı onlardan 141 nəfərini öldürdüyünü açıqladı.

Fələstinli məhbus Əbu Vərin Sionist rejim həbsxanasında şəhid olmasına görə başsağlığı verdi və Fələstin xalqını Mahir Əl-Əxrəsin aylardır davam edən aclıq aksiyasından sonra azad olmasına görə təbrik etdi.

Hizbullah Baş katibi Şəhid Əhməd Quseyrin şəhidlik əməliyyatının hələ də Ərəblər və Sionistlər arasındakı qarşıdurma tarixindəki ən böyük şəhidlik əməliyyatı olduğunu söylədi.

“38 il əvvəl bu gün İsrail hərbi binasının xarabalıqları üzərində dayanan Ariel Şaronun (o vaxtkı İsrail Baş naziri) ümidsiz və solğun simasını xatırlayırıq.” – dedi.

Livandakı Hizbullahın Baş katibi Livan ilə Sionist rejim arasındakı sərhəd demarkasiya danışıqlarına toxunaraq hərəkatın əvvəldən mövqeyinin bu məsələyə qarışmamaq olduğunu söylədi. Çünki bu, Livan hökumətinin məsuliyyətindədir.

Həmçinin, amerikalıların son zamanlarda bu mövzuya xüsusi diqqət yetirdiyini söylədi. Seyid Həsən Nəsrullah, bəzilərinin məsələni sərhədlərin müəyyənləşdirilməsinə dair danışıqların başlamasının İsrail ilə münasibətlərin normallaşması üçün bir başlanğıc olması ilə əlaqələndirməyə çalışdıqlarını söylədi.

İddiaların dəyərsiz olduğunu vurğuladı. Bu açıqlamalardakı məqsədin bəzi ərəb ölkələrinin (BƏƏ, Bəhreyn və Sudan) işğalçılarla qurduğu münasibətlərin normallaşmasını ört-basdır etmək olduğunu bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =