65 gün aclıq keçirən fələstinli əsirin qələbəsi

65 gün aclıq keçirən fələstinli əsirin qələbəsi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinli əsirlərin işi üzrə komissiyanın məlumat bürosu, Fələstinli əsir Əl-Qəzənfər Əbu Ətəvanın sionist rejimə qarşı 65 günlük mübarizəsindən sonra sərbəst buraxıldığını bildirib.

Əl-Məyadin telekanalının məlumatına görə, Fələstinli vəkil Cavad Bulos da Əbu Ətəvanın inzibati həbsinin ləğv edildiyini və dünən gecə onun sərbəst buraxıldığını təsdiqləyib.

Sionist rejimi, 2020-ci ilin oktyabrında 28 yaşlı Fələstin vətəndaşı olan Əbu Ətəvanı həbs etmiş, statusunu inzibati həbs olaraq dəyişdirərək onun haqqında hər biri altı aylıq olmaqla 2 dəfə qanunsuz həbs qərarı vermişdi. O isə inzibati həbsinə etiraz olaraq 5 Maydan etibarən aclıq aksiyasına başlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen + 12 =