Ölkənin nüvə və müdafiə sistemi üzrə önəmli aliminin öldürülməsindən sonra, İnqilabın Ali Rəhbərinin mesajı
Sizinyol xarici mediaya istinadən xəbər verir:
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei şəhid nüvə alimi Doktor Möhsin Fəxrizadənin öldürülməsindən sonra bir mesaj verdi.
Mesajın mətni belədir:
Allahın adı ilə
Ölkənin görkəmli nüvə və müdafiə sistemi üzrə alimi Cənab Möhsin Fəxrizadə cinayətkar və qəddar muzdlular tərəfindən şəhid edildi.
Bu bənzərsiz elmi şəxsiyyət böyük və davamlı elmi səylər göstərədi və Allah yolunda əziz və dəyərli canını fəda etdi. Yüksək şəhidlik məqamı onun ilahi mükafatıdır.
İki vacib məsələ bütün iştirak edənlərin gündəmində ciddi şəkildə olmalıdır, birincisi, bu cinayətin araşdırılması və cinayətkarların və əmr verənlərin ciddi şəkildə cəzalandırılması, ikincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki səylərin göstərilməsi.
Möhtərəm alimin ailəsinə və ölkənin elmi ictimaiyyətinə və müxtəlif sahələrdəki həmkarları və tələbələrinə şəhid olması münasibəti ilə başsağlığı verir və Allahdan onun məqamını uca etməsini diləyirəm.