Həşdi Şəbi rəhbəri: İraq xalqı Şəhid Süleymaniyə aşiq oldu

Həşdi Şəbi rəhbəri: İraq xalqı Şəhid Süleymaniyə aşiq oldu

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq Həşdi Şəbi təşkilatının rəhbəri dedi: İraq xalqı bölgənin yalançı bir təfəkkür altında olduğu bir zamanda, Şəhid Süleymaniyə aşiq oldu.

İraq Xalq Səfərbərlik Təşkilatının rəhbəri Faleh Əl-Fayyaz Cümə günü İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı General Qasim Süleymani və İraq Həşdi Şəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndisin şəhid olmasının birinci ildönümü mərasimində Tehran Universitetində çıxış edib:

“General Qasim Süleymani üçün yas tuturuq. Mərhum qonağımız İraqda şəhid oldu.”

O sözlərinə davam etdi: “İraq xalqı millətin bütün məsələlərində iştirak etmək üçün doğru yolu seçə bildi, bunlardan ən vaciblərindən biri Fələstin məsələsidir.

Biz bunu şəhid komandir Qasim Süleymaniyə borcluyuq. İraq bəzi zəif düşüncəli insanların getdiyi yolu tuta bilməz, çünki İraq həmişə Fələstin dəstəkləyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 4 =