Donald Trampın dörd illik hakimiyyəti dövründə 30573 yalanı

Donald Trampın dörd illik hakimiyyəti dövründə 30573 yalanı

Washington Post qəzeti Donald Trampın 4 illik hakimiyyəti dövründə işlətdiyi yalanlarının sayının 30573 olduğunu elan edib.

“Cam nyus” xəbər agentliyinin verdiyi məlumata görə, Donald Trampın prezidentliyi dövründə işlətdiyi yalan məlumatlarının sayı 30573 ədəd elan olunub.

Qeyd edək ki, Washington Post qəzeti 10 il öncə olan siyasət adamlarının sözlərinin doğru olub olmadığını ölçmək üçün “Fact checker” adlı bir şöbə açıb. Bu şöbə Donald Trampın yalan məlumatlarının sayını açıqlayıb.

Qəzetin məlumatına əsasən, Tramp prezidentliyin ilk ilində orta hesabla hər gün 6 yalan məlumat verib.

Bundan əlavə Washington Post-un yazdığına görə, Trampın yalanları günbəgün artıb. Belə ki, o, öz prezidentliyinin 27-ci ayında artıq 10000-dən çox yalan danışıb. Lakin onun yalanları prezidentliyinin son aylarında daha intensiv şəkildə artaraq, təkcə son beş ayın yalanlarının sayı 10000-i keçib.

Qeyd olunur ki, Donald Tramp, təkcə koronovirus barəsində 2500 yalan məlumat söyləyib. Deyilənlərə görə, bəzi günlər onun yalan məlumatlarının sayı 150-dən çox olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − seven =