700-dən çox uşaq acından öldü

700-dən çox uşaq acından öldü

Publika.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondu – UNİCEF-in Somali üzrə nümayəndəsi Vafaa Səid 2022-ci ilin yanvar-iyul ayları arasında qidalanma mərkəzlərində təxminən 730 uşağın həyatını itirdiyini söyləyib:

“Rəqəmlər arta bilər. Çünki aclıq və qida problemlərinin ortaya çıxmağa başladığı gündən epidemiya xəstəlikləri də sürətlə artır. Somali 2011 və 2017-ci illərdə iki böyük quraqlıqla üzləşdi. Yardım səyləri sürətləndirilməlidir”.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə yardım koordinatoru Martin Griffiths də bu ilin sonuna qədər Somalinin bəzi bölgələrində aclıq gözlənildiyini söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da Somalidəki humanitar böhranla bağlı beynəlxalq ictimaiyyəti təcili yardıma çağırıb.

Publika.

az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 15 =