8 ölkə İranın nüvə proqramına dəstək istiqamətində birgə bəyanat yayıb
Bəyanatda deyilir: “Biz- Belarus, Çin, Kuba, Nikaraqua, Rusiya Federasiyası, Suriya Ərəbistanı, Zimbabve və Venesuela İranın nüvə silahlarının yayılmaması müahidəsinin tərəflərindən biri kimi uzun keçmişə malik olan bu müahidəyə öhdəliyini xatırladır və İran İslam Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasındakı anlaşmaların davam etməsini alqışlayırıq”
Bəyanatı imzalayanlar MAQATE-NİN baş direktoru Rafael Qrossinin İrana olmuş son səfərini yüksək qiymətləndiriblər.
Ümidvarlıq ediblər ki, bu hadisə, iki yerdə qalan mövzunun həlli üzrə iki tərəf arasındakı anlaşma və həmkarlıqların artması istiqamətindəki yolu hamarlayacaq.
Birgə bəyanatı imzalayanlar qeyd ediblər ki, Amerikanın yeni hökuməti 2018-ci ildə buraxdığı səhvlərini düzəltmək və Birləşmiş Ştatları heç bir önşərt olmadan BMT Təhlükəssilik Şurasının 2231 saylı qətnaməsi altındakı öhdəliklərinə qaytarmaq sahəsində məsuliyyət daşıyır.