87 nəfər ölüb, 266 nəfər yaralanıb- Səədə həbsxanasına hücumun qurbanlarının son statistikası

87 nəfər ölüb, 266 nəfər yaralanıb- Səədə həbsxanasına hücumun qurbanlarının son statistikası

Əl-Məsirə-nin məlumatına görə, Yəmənin Səhiyyə Naziri Taha Əl-Mütəvəkkil şənbə günü Səudiyyə təcavüzkar koalisiyasının Səədə mərkəzi həbsxanasına hücumu nəticəsində həlak olanların son statistikasını açıqlayıb.

Məlumata görə, Yəmənin səhiyyə naziri Səudiyyə koalisiyasının Səədə mərkəzi həbsxanasına hərbi təcavüzündən sonra indiyədək 87 nəfərin öldüyünü, 266 nəfərin isə yaralandığını bildirib. Onun sözlərinə görə, ölənlərin sayı artmaqda davam edir.

Səudiyyə koalisiyası və BƏƏ-nin fəal rolu sayəsində Səədə mərkəzi həbsxanasına dünənki hərbi təcavüzü qınaq dalğasına səbəb olub.

Bununla bağlı Yəmənin Ali Siyasi Şurası Səudiyyə koalisiyasına qarşı kəskin bəyanat yayıb.

Şura bəyanatında Səudiyyə Ərəbistanının Əl-Hədidə və Səədədəki vəhşiliklərini kəskin şəkildə pisləyib. Yəmənin Ali Siyasi Şurasının bəyanatında deyilir:

Səudiyyənin “Səədə” və “əl- Səədə”dəki cinayətləri cəzasız qalmayacaq. Bəyanatda həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ və sionist rejimin mənfur alətləridir.

Yəmənin Ali Siyasi Şurası Səudiyyə Ərəbistanı və BƏƏ-yə də müraciət edib:

Siz döyüş meydanlarında Yəmən qüvvələri ilə qarşılaşa bilməkdən daha qorxaq və acizsiniz. Siz yalnız qətllər törədən cinayətkarsınız. Yəmən ordusu və xalq komitələrinin sizə cavabı sərt olacaq.

Səudiyyə təcavüzkar koalisiyasının Yəməndə dinc əhaliyə qarşı cinayətlərinin genişlənməsi Əbu-Dabinin mərkəzində “Yəmən fırtınası” əməliyyatının nə qədər uğurlu olduğunu göstərən ən mühüm amillərdən biridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =