9 ərəb ölkəsinin sionist rejimin Qəzzada törətdiyi cinayətlərə qarşı birgə bəyanatı
9 ərəb ölkəsinin Xarici İşlər nazirləri birgə bəyanat yayaraq Qəzza zolağında Fələstin xalqının öldürülməsini və məcburi şəkildə köçürülməsini pisləyiblər.
Mehr Xəbər Agentliyinin Əl-Ərəbiyyə-yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, BƏƏ, İordaniya, Bəhreyn, Oman, Qətər, Küveyt, Misir və Mərakeşin Xarici İşlər nazirləri bu gün birgə bəyanat yayaraq, sionist rejimin Qəzzə xalqını bombardmanını və beynəlxalq qanunları pozmasını pisləyiblər.
Bu bəyanatda bildirilir ki, “özünümüdafiə hüququ beynəlxalq qanunları pozmağa və Fələstin xalqının hüquqlarına məhəl qoymamağa haqq qazandırmır.”
Bu 9 ərəb ölkəsinin Xarici İşlər Nazirlikləri də “Fələstin xalqının Qəzzadan məcburi köç etməsini və kollektiv şəkildə cəzalandırılmasını” pisləyib.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü cümə axşamı günü son statistik məlumatlarda bildirib ki, sionist ordusu son bir neçə saat ərzində fələstinli mülki şəxslərə qarşı törətdiyi 43 cinayət zamanı 481 mülki fələstinlini qətlə yetirib.
O bildirib: İsrailin Qəzza zolağına hücumları nəticəsində 2913-ü uşaq, 1709-u qadın və 397-si qoca olmaqla 7028 fələstinli şəhid olub. Bundan əlavə, Fələstin Səhiyyə Nazirliyi oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində 105 fələstinlinin şəhid olduğunu, 1900 nəfərin isə yaralandığını açıqlayıb.
Bu tibb rəsmisi, hələ də dağıntılar altında olan 940 uşaq daxil olmaqla, 1650 fələstinlinin itkin düşməsi barədə Fələstin Səhiyyə Nazirliyinə məlumat verildiyini bildirib.
Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyi xəstəxanaların sığınacaqlara çevrilməsi səbəbindən insan fəlakətlərinin baş verməsi ilə bağlı xəbərdarlıq edib, çünki bu məsələ yoluxucu xəstəliklərin yayılmasına səbəb olacaq.