90 mindən çox iranlı zəvvar Şələmçe sərhədindən İraqa daxil olub

90 mindən çox iranlı zəvvar Şələmçe sərhədindən İraqa daxil olub

İraqdakı Şələmçi sərhəd-keçid məntəqəsinin meneceri bəyan edib ki, indiyədək 90 mindən çox iranlı zəvvar bu sərhəd keçidindən bu ölkəyə daxil olub.

İRNA-nın İraqın Əl-Sumariyyə kanalına istinadən cümə axşamı gecəsi verdiyi xəbərə görə, polkovnik Salam Sibtəs-Suveydi əlavə edib: Bu sayda iranlı zəvvar bu ayın 18-dən 23-dək İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün Şələmçə sərhədindən İraqa daxil olub.

İraqdakı Şələmçi sərhəd-keçid məntəqəsinin direktoru bildirib: Bu sərhəd keçid məntəqəsi 16 qapı (sərnişin nəzarəti girişləri) ilə təchiz olunub və Ərbəin zəvvarlarının giriş-çıxışını asanlaşdırmaq üçün hər qapıda dörd kompüter var.

İran və İraqda sentyabrın 6-sı (səfər ayının 20-si) İmam Hüseynin (ə) Ərbəin mərasiminə təsadüf edir və milyonlarla yerli və xarici zəvvarın Kərbəlaya səfəri gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − three =