Çinin Hunan əyalətinin Henqyanq şəhərində tibb mərkəzində yanğın baş verib.

Çinin Hunan əyalətinin Henqyanq şəhərində tibb mərkəzində yanğın baş verib.

APA CCTV telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Yanğının söndürülməsi, təxminən bir saat çəkib.

İlkin məlumatlara görə, hadisə zamanı tibb məntəqəsində 19 nəfər olub. Onlardan 5-i təhlükəsiz yerə təxliyə edilib, qalan 14-ü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

Yanğının başvermə səbəbi ilə bağlı hələlik məlumat verilməyib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + five =