99 İnsan Haqları Təşkilatı: “Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışını dayandırın”

99 İnsan Haqları Təşkilatı: “Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışını dayandırın”

Sizinyol.com xəbər verir ki, 99 insan hüquqları təşkilatı birgə bəyanatlarında Yəmən müharibəsinin davamını tənqid edərək Səudiyyə və BƏƏ hökumətlərinə silah satışını tamamilə dayandırmağa çağırıblar.

Cümə axşamı 99 insan haqları təşkilatı Yəməndəki altı illik müharibəni İkinci Dünya Müharibəsindən bəri ən pis humanitar böhran olaraq xarakterizə edib.

Müharibə və mühasirə Yəmən əhalisinin 12 milyonu uşaq olmaqla təxminən 80 faizinin təcili humanitar yardıma ehtiyac duymasına səbəb olub.

İnsan haqları təşkilatları daha sonra mühasirənin aradan qaldırılmasını və yaralıları Yəməndən çıxarmaq və Yəmənə humanitar yardım göndərmək üçün Sana və Bəndər al-Hudeyda hava limanlarının dərhal açılmasını tələb ediblər.

Bu insan haqları təşkilatlarına görə, Yəməndə sülh, yalnız Birləşmiş Millətlər Təşkilatının himayəsi altında daxili müzakirələr yolu ilə əldə oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 12 =