Sionist mediası Tel-Əvivin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qüdrətindən qorxduğunu etiraf edib

Sionist mediası Tel-Əvivin İnqilab Keşikçiləri Korpusunun (SEPAH) qüdrətindən qorxduğunu etiraf edib

Vyana danışıqlarını pozmaq üçün mübarizə aparan sionist rejim indi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nüfuzundan qorxaraq SEPAH-ın ABŞ-ın saxta terrorçu siyahısından çıxarılmasının qarşısını almaq üçün kampaniya aparır.

Sionist “Haaretz” qəzeti çərşənbə axşamı bildirib ki, İsrail son həftələr ABŞ-da SEPAH-ın terrorçular siyahısından çıxarılmasına qarşı intensiv kampaniyaya başlayıb.

Sionist qəzeti daha sonra iddia edib: “Bundan sonra Ağ Ev rəsmiləri Dövlət Departamentindəki şəxslərdən fərqli olaraq, İsrailin tərəfini tutduqlarını və SEPAH-ın terrorçular siyahısında qalmasını istədiklərini bildiriblər. ”

Sionist rejim ABŞ Prezidenti Co Baydenin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun Bərcama qayıtmasına qarşı mövqeyindən qorxudadır.

Rejim daha sonra Bayden administrasiyasının Ağ Ev rəsmiləri ilə məsləhətləşmək fikrindən daşınması üçün yüksək rütbəli məmurlarını ABŞ-a göndərib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bazar ertəsi yerli vaxtla Vaşinqtonun SEPAH-ı qondarma terror təşkilatları siyahısından çıxarmaq qərarına gəlib-gəlmədiyi barədə suala cavab verib ki, “Biz bu məsələlərdən ictimaiyyət qarşısında danışmırıq. İranlılar bizim müxtəlif məsələlərdə mövqelərimizdən xəbərdardırlar.”

ABŞ Dövlət Departamentinin sözçüsü Vaşinqtonun İsrail rejiminin təhlükəsizliyinin təmin edilməsinə sadiqliyini vurğulayaraq, İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı anti-İran təhdidləri və ritorikasına davam edib və deyib:

Biz bu öhdəliyi bir neçə yolla nümayiş etdirmişik. Regional tərəfdaşlarımız və həmkarlarımız, o cümlədən İsraillə birlikdə biz SEPAH-ın regionda sabitliyi pozma roluna qarşı çıxmaq üçün bütün lazımi vasitələrdən istifadə edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 17 =