Pentaqon: “Rusiya Ukraynada daha böyük hücumlara hazırlaşır”

Pentaqon: “Rusiya Ukraynada daha böyük hücumlara hazırlaşır”

“Rusiya Silahlı Qüvvələri Ukraynada daha böyük hücumlara hazırlaşır”.

“Report” “UNIAN”a istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) adının açıqlanmasının istəməyən yüksəkrütbəli zabiti “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Biz Donetskin cənub-qərbində və İzyumun cənubunda hücum əməliyyatlarının başladığını gördük. Hesab edirik ki, bu, gələcək böyük əməliyyatlar üçün hazırlıqdır”, – o bildirib.

Pentaqon rəsmisinin sözlərinə görə, Rusiya Ukraynada infrastukturu məhv etməkdən ötrü havadan və uzaq məsafədən hücumları davam etdirəcək.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 8 =