Kabildə 2 GÜCLÜ PARTLAYIŞ: çox sayda ölən və yaralanan var

Kabildə 2 GÜCLÜ PARTLAYIŞ: çox sayda ölən və yaralanan var

Publika.az “Sinxua”ya istinadla xəbər verir ki, buu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat verib. 

“18-ci polis dairəsində Abdulla Rəhim Şəhid adına məktəb yaxınlığında törədilən iki partlayış nəticəsində 6 həmyerlimiz həlak olub, 11 nəfər yaralanıb ”, – Zadran bildirib.

Onun sözlərinə görə, qurbanlar şiə müsəlmanlardır. Hazırda polis hadisə yerindədir, araşdırma aparılır.

Hələlik məlum qruplaşmalardan heç biri hücumlara görə məsuliyyəti üzərinə götürməyib, lakin Kabil bölgəsindəki təhsil ocaqları daha əvvəl İŞİD yaraqlılarının hücumuna məruz qalıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =