Arestoviç: “Rusiya NATO bazasını vursa, müharibə cəmi üç sutka çəkəcək”
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın NATO bazasına zərbə vurmaq ehtimalını şərh edib.
O qeyd edib ki, bu halda müharibə cəmi bir neçə sutka davam edəcək.
“Qoy zərbə endirsinlər. Düşünürəm ki, ondan sonra müharibə üç gün davam edəcək”, – deyə A.Arestoviç bildirib.
Qeyd edək ki, Britaniya tərəfi Rusiyanın Ukrayna ordusuna göndərilən silah axınının qarşısını almaq üçün NATO bazasına zərbə endirə biləcəyini açıqlamışdı.
Mənbə: Unian.net