Naftali Bennet ekstremist nümayəndəyə müraciət edib: İsrail əsgərlərinin həyatını təhlükəyə atmayın!

Naftali Bennet ekstremist nümayəndəyə müraciət edib: İsrail əsgərlərinin həyatını təhlükəyə atmayın!

Məscidül-Əqsaya dörd günlük basqının ardından işğal altındakı Qüdsdə vəziyyət gərginləşdiyi bir vaxtda İsrailin Baş naziri İsrail əsgərlərinin həyatını xilas etmək üçün Knesset üzvü İtmar bin Guyerin bayraq yürüşü keçirməsinə mane olacağını açıqlayıb.

İsrailin Baş naziri Naftali Bennet parlamentin mübahisəli və ekstremist üzvü İtmar bin Guyerin Məscidül-Əqsaya girişinin qadağan edilməsi barədə göstəriş verib.

Bennet deyib: “Mən kiçik siyasətin insan həyatını təhlükəyə atmasına icazə vermək niyyətində deyiləm. Bin Guyerin siyasi şantajı və İsrail ordusu və polis qüvvələrini qızışdırmaqla öz missiyasını çətinləşdirməsin icazə verməyəcəyəm.”

Qüdsdəki işğalçı rejimin baş naziri deyib: “Polis və hərbi qüvvələrimiz diqqətini Qüdsdə və başqa yerlərdə İsrail vətəndaşlarına dəstək verməyə yönəldəcək.”

Bin Guyer İsrail Knessetinin ən ekstremist və anti-Fələstin üzvüdür, ekstremist sionistləri fələstinlilərə hücum etməyə təhrik edir.

Bir neçə gün əvvəl o, İsrail rejiminin bayrağını Bab əl-Əmud üzərində qaldıracağını bildirərək, bayraq yürüşü keçirməyə çağırış etmişdi.

Təxribat xarakterli yürüşün saat 17.00-da işğal olunmuş Qüdsdə keçirilməsi planlaşdırılır. Ekstremist nümayəndə bildirib ki, bununla o, HƏMAS-a mesaj vermək niyyətindədir.

Bin Guyer dəfələrlə ekstremist sionistləri onların hücum və anti-Fələstin fəaliyyətlərində müşayiət edib və hətta ofisini Tel-Əviv rejiminin təxliyə və qəsb etmək istədiyi Fələstin məhəlləsi olan Şeyx Cərrah məhəlləsinə köçürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − two =