Yunanıstanda saxlanılan Rusiya tankeri sərbəst buraxılacaq

Yunanıstanda saxlanılan Rusiya tankeri sərbəst buraxılacaq

Yunanıstanda saxlanılan Rusiya tankeri “Pegasus” sərbəst buraxılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Katimerini” qəzeti yazıb.

“Karistos yaxınlığında saxlanılan, Rusiya bayrağı altında üzən “Pegasus” tankeri Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsinin yeni qərarına əsasən, buraxılmalıdır”, – deyə nəşr bildirib.

Qeyd edək ki, tanker bir neçə gün əvvəl Evbey adasındakı Karistos limanında liman rəhbərliyi tərəfindən saxlanılıb. O, neftin başqa bir tankerə yüklənəcəyi Peloponnesə gedirmiş. Bildirilib ki, həbs qərarı Aİ və NATO-nun Rusiyanın maraqlarını təmsil edən gəmilərə qarşı tətbiq etdiyi sanksiyaların icrası çərçivəsində Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsi tərəfindən qəbul edilib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × one =