Məzari-Şərifdə şiə məscidində törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

Məzari-Şərifdə şiə məscidində törədilən terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb

Təkfirçi terror qruplaşması İŞİD Məzari-Şərifdə şiə məscidinə bu gün edilən hücumun məsuliyyətini üzərinə götürüb. Bu gün baş verən terror aktı 30 şəhid verib, 80 nəfər yaralanıb.

Bu gün Əfqanıstanın şimalında Məzari-Şərif şəhərində “Se Dokan” məscidində törədilən terror aktı nəticəsində 30 nəfər ölüb, 80 nəfər yaralanıb.

Mənbələrin məlumatına görə, partlayış namaz zamanı baş verib. Bu məscid Məzari-Şərifdə insanların sıx olduğu yerdə yerləşən ən böyük şiə məscididir.

Tulu News saytı, Məzari-Şərifdə məsciddə bu gün baş verən partlayış nəticəsində ən azı 5 şəhid və 65 yaralının təxliyyə edildiyini bildirib. Onların fikrincə, bu statistika dəyişəcək.

Digər tərəfdən, bəzi mənbələr indiyədək bu partlayışda 18 nəfərin öldüyünü, 30 nəfərin isə yaralandığını bildirib.

Bu hadisədən iki gün əvvəl də Kabilin qərbində şiələrin tədris mərkəzinə terrorçuların hücumu olub nəticədə 26 tələbə həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + twelve =