Əl-Aləm müxbiri işğalçıların Əl-Əqsa məscidinə hücumundan xəbər verir

Əl-Aləm müxbiri işğalçıların Əl-Əqsa məscidinə hücumundan xəbər verir

Əl-Aləm kanalının müxbiri Xizr Şahin xəbər verib:

Bu gün cümə axşamı səhər namazından sonra sionist rejimin işğalçı qüvvələri Əl-Əqsa məscidinin həyətinə qaz bombaları və qurğuşun güllələr ataraq hücum edib.

Əl-Aləm müxbiri əlavə edib: İşğalçı qüvvələr ibadət edənlərə hücum edərək, onları ziyarətgahları tərk etməyə məcbur edib, həmçinin, Əl-Əqsa məscidinin ibadətxanaları daxilində bir neçə namaz qılanı mühasirəyə alıb.

İsrail Xüsusi Təyinatlı Qüvvələri beşinci gündür ki, sionist şəhər sakinlərini Məscidül-Əqsanın həyətinə yürüş zamanı qorumaq üçün Məscidül-Əqsanın həyətlərinə yerləşdirilib.

Nəticədə fələstinlilər sionist mühacirlərlərin hərəkət istiqamətindən uzaqlaşdırılır. Sionistlər fələstinli qadınlara hücum edərək onları “Qubbətus-Səxrə”dən çıxarıblar.

İşğalçı rejimin polis qüvvələri 40 nəfərlik qruplar halında qərb qapısından Məscidül-Əqsaya hücum edən məskunlaşmaçıları qoruyub.

Əl-Əqsa məscidində fələstinli gənclərlə işğalçı qüvvələr arasında toqquşma olub

Bu səhərdən etibarən sionist qəsəbə sakinlərinin Əl-Əqsaya silsilə hücumlarından sonra Məscidül-Əqsanın həyətlərində fələstinli gənclərlə işğalçı qüvvələr arasında qarşıdurma yaşanıb.

Qiblə məscidinin damına çıxan işğalçı qüvvələr gözyaşardıcı qaz və plastik qapaqlı qurğuşun güllələrdən istifadə ediblər.

Nəticədə onlarla insan boğulmaya düçar olub və 10 nəfər ağır xəsarət alıb.

İşğalçı qüvvələr fələstinliləri Məscidül-Əqsanın giriş qapılarından uzaqlaşdırmağa və məscidin həyətlərinə girmələrinə mane olmağa çalışıb.

Bu, ötən cümə axşamından bəri işğalçılar və sionist mühacirlərin Fəsəh bayramı münasibətilə Məscidül-Əqsanın həyətlərinə altıncı hücumudur.

Tarixi Qüds şəhərinin köhnə bölgəsində fələstinlilərə məhdudiyyətlər

İşğalçı polis tarixi Qüds şəhərinin qədimi bölgəsində fələstinliləri sıxışdırmağa davam edərək, bazarların içərisində və Əl-Əqsa giriş qapılarına aparan yollarda barrikadalar yaradıb və bir çox vətəndaşın, xüsusilə də fələstinli gənclərin sübh namazını qılmasına mane olub.

Dünən, çərşənbə günü ardıcıl qruplar halında 1180 mühacir qərb qapısından Məscidül-Əqsaya basqın edərək, təxribat xarakterli addımlar atmış və orada Talmud mərasimləri keçirmişlər.

“Məbəd” adlandırılan təşkilatlar ötən cümə səhəri başlayan və bu gün cümə axşamı sona çatan ibrani Fəsəh bayramı münasibətilə Məscidül-Əqsaya kütləvi hücuma çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =