Amerikanın Marşal adalarında utanc verici nüvə keçmişi-Foto

Amerikanın Marşal adalarında utanc verici nüvə keçmişi-Foto

Birləşmiş Ştatlar Soyuq Müharibə dövründə Marşal adalarında 67 dəfə nüvə təcrübəsi apararaq, sakinlərini təhlükəli radiasiyaya məruz qoyub.

Bəzi ABŞ siyasətçiləri Marşal Adaları sakinlərindən soyuq müharibə dövründə adada nüvə sınaqları keçirdiklərinə görə rəsmi üzr istəməyi düşünürlər.

Marşal Adaları Respublikası 1946-1958-ci illər arasında ABŞ hökuməti tərəfindən nüvə sıilahının 65 dəfə sınaqdan keçirildiyi Sakit Okeandakı kiçik bir ada dövlətidir.

Bir neçə həftə əvvəl Konqresin bir neçə üzvü ABŞ qanunverici orqanı tərəfindən qəbul ediləcəyi təqdirdə ABŞ rəsmilərini Marşal Adaları xalqından rəsmi üzr istəməyə məcbur edəcək qətnamələr təqdim etdilər.

Bu xalq ABŞ-ın nüvə sınaqları və radioaktiv tullantıların atılması səbəbindən müxtəlif xəstəliklərə yoluxan bir ölkənin xalqıdır.

Qətnamələrdən birini təqdim edən Kaliforniya Demokratı Katie Porter, “Hökumətimiz Marşal adalarından qvineya donuzları kimi nüvə radiasiyasının təsirlərini öyrənmək üçün istifadə etdi və onları nüvə tullantıları üçün zibilxanaya çevirdi.” -deyib.

Marşal adaları Sakit Okeanın ortasında və ABŞ-ın qərbində yerləşir; 5 kiçik zəncirvari adadan və 29 kiçik arxipelaqdan ibarət kiçik bir ölkədir. Əhalisi təxminən 60.000 nəfərdir. Son bir neçə əsrdə ölkə daimi müstəmləkəçilərin əlində olub və İkinci Dünya Müharibəsində Yaponiyanın, sonra isə ABŞ-ın əlinə keçib.

Amerikalılar atom bombalarını sınaqdan keçirmək istəyirdilər və okeanın ortasının bunun üçün daha yaxşı yer olduğunu düşünürdülər. Bu səbəbdən 1946-1958-ci illər arasında bu ölkənin adalarında 67 təcrübə aparılıb və bu da bəzi kiçik adaların tamamilə əriyib məhv olmasına səbəb olub.

Adaların əhalisinə elmi təcrübələr apardıqları da deyilib və onlara adaların bir qismini boşaldıb daha uzaq adalara getmələri bildirilib.

Təcrübələr başladı, nüvə və hidrogen bombalarının radioaktivliyinin yaratdığı yeni fəlakətlər gəldi və sınaqlar bitdikdən sonra, məlum oldu ki, bu fəlakətlər səngimək bilmir və kiçik Marşal adaları ölkəsinin bir hissəsi tamamilə yaşayış üçün yararsız hala düşüb.

ABŞ nüvə sınağı zamanı 250 nəfərin radioaktiv maddəyə məruz qaldığını açıqlamışdı, lakin bu, yalnız başlanğıc idi.

Marşal adalarının əhalisi 60 ildən artıqdır ki, naməlum xəstəliklər, dölün düşməsi, qalxanabənzər vəz ilə bağlı xəstəliklər, leykemiya və müxtəlif xərçəng xəstəliyi növləri kimi xroniki problemlərlə üzləşib. Ölkənin bəzi hissələri də tamamilə yaşayışsızdır.

Amerikalıların gəlişindən əvvəl Marşal adaları Sakit okeanın geniş ərazilərində yerli xalqların yaşadığı gözəl bir ölkə idi; Bu, “sakit gözəllik” idi. Amma indi radioaktivlik baxımından dünyanın ən çirkli yerlərindən biridir. 1990-cı ildə bu kiçik və dinc ölkənin xalqı nəhayət ABŞ-dan müstəqillik əldə etdi.

Birləşmiş Ştatlar Marşal adalarının əhalisini də laboratoriya canlıları kimi istifadə edib.

Soyuq Müharibə illərində amerikalılar Nevada ştatındakı nüvə poliqonundan adalara torpaq gətirir, ada sakinlərinə xəbər vermədən bioloji öldürücü silahları sınaqdan keçirirdilər.

Massaçuset senatoru Edvard Marki deyib: “Biz çoxdan ABŞ-ın nüvə sınaqlarının zərərli mirasına görə Marşall Respublikasının xalqından üzr istəməliydik.”

ABŞ-ın nüvə proqramı dünyanın ən bahalı nüvə proqramlarından biri olub. ABŞ-ın 1940-1996-cı illər arasında nüvə silahı proqramını təkmilləşdirmək üçün ən azı 5,5 trilyon dollar xərclədiyi təxmin edilir. ABŞ dünyada 1054 nüvə sınağı ilə birinci yerdədir. ABŞ-dan sonra Rusiya (keçmiş Sovet İttifaqı) və Fransa müvafiq olaraq 715 və 210 nüvə sınağı ilə ikinci və üçüncü yerlərdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 6 =