“Neftçi” və “Murov” finala yüksəlib
Kişi voleybolçular arasında keçirilən Zəfər Kubokunda finalçılar müəyyənləşib.
“Report”un məlumatına görə, ilk yarımfinal oyununda “Neftçi” MOİK-i 3:1 (25:15, 25:16, 20:25, 25:16) hesabı ilə üstələyib.
Günün ikinci matçında “Murov” “Sərhədçi”ni sınağa çəkib. “Murov” klubunun idman zalında təşkil olunan görüş meydan sahiblərinin 3:0 (25:18, 25:15, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb
Beləliklə, “Zəfər Kuboku”nun finalında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.
Report.az