Paşinyan sülh sazişi və Qarabağla bağlı reallığı elan edir

Paşinyan sülh sazişi və Qarabağla bağlı reallığı elan edir

 

Paşinyan “status” iddialarının aşağı salınması üzrə beynəlxalq çağırışların əvvəllər də olduğunu, lakin keçmiş hakimiyyətlər tərəfindən cəmiyyətdən məharətlə gizlədildiyini deyir. Və bununla elan edir ki:

– “Status” məsələsi əsas gündəmdə deyil: bu iddianı Qarabağdakı ermənilərin “təhlükəsizlik və hüquqlarının təminatı” ilə əvəzləyirlər;
– Günah onda yox, bu vəziyyəti yaradan əvvəlki hakimiyyətlərdədir;

Erməni baş nazir Qarabağla bağlı planlarını da açıqlayıb: “Qarabağ xalqı (erməniləri nəzərdə tutur) Qarabağda yaşasın, özlərini həm “qarabağlı”, həm də erməni kimi hiss etsinlər”. Diqqətçəkən məqam odur ki, Paşinyan Qarabağda separatçı-terrorçu rejimin yox, erməni xalqının qalmasından bəhs edir: Azərbaycan bölgədə yaşayan erməni əhalisinin təhlükəsizlik və hüquqlarının təminatına əvvəldən zəmanət verir;

Paşinyanın çıxışında əsas məqamlardan biri də “Qarabağla bağlı heç bir sənədin, layihənin masada olmadığına” dair dedikləridir. O, bununla müxalifətin iddialarına cavab verir, eyni zamanda, mövcud reallığını da dilə gətirir: masada Bakının təqdim etdiyi 5 baza prinsipinə əsaslanan sülh sazişi var və bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, ərazi iddialarından əl çəkməsini özündə ehtiva edir; Azərbaycan Qarabağ məsələsinin bitdiyini elan edib və öz ərazilərimizlə bağlı hansısa layihə müzakirə mövzusu ola bilməz;

Nikolun Minsk qrupu ilə bağlı dedikləri isə reallığa yox, hüquqa söykənir: həmsədrlik formatının hüquqi mandatı hələ qalsa da, ABŞ və Rusiyanın son qərarları bu formatın de-fakto olmadığını təsdiqləyir;

Erməni baş nazirin çıxışı ümumilikdə İrəvanın Bakı ilə sülh sazişini imzalamaq istəyinə dair gözləntiləri önə çıxarır. Paşinyan bildirir ki, “məqsədləri ermənilərin Qarabağda qalmasıdır və sülh olmadan bu mümkün deyil”. Bununla mesaj verir ki, Qarabağdakı erməniləri qorumaq üçün yeganə yol Azərbaycanla sülh sazişini imzalamaqdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × five =