Millimizin üzvü Almaniyada daha bir qol vurdu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilib.
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Hanza Rostok”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da millimizin yarımmüdafiəçisi vurub. Dmitri 45-ci dəqiqədə komanda yoldaşının ötürməsini dəqiq zərbə ilə tamamlayaraq hesabı 2:1 edib. Amma fasilədən sonra daha bir qol buraxan auelilər qələbəni əldən veriblər.
Qeyd edək ki, 31 oyundan sonra 23 xal toplamış “Ersgebirge” 18 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Oxu.az