İordan çayının qərb sahilində gənc fələstinli şəhid olub
Fələstin Səhiyyə Nazirliyi İordan çayının qərb sahilindəki Əqabətu Cəbr düşərgəsində bir Fələstin vətəndaşının şəhid olduğunu açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyi 20 yaşlı Əhməd İbrahim Uveydatın Yerixoda Əqabətu Cəbr düşərgəsində sionist əsgərlər tərəfindən vurulduqdan sonra aldığı ağır xəsarətdən şəhid olduğunu açıqlayıb.
Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, Fələstinin Səhiyyə Nazirliyi çərşənbə axşamı günü səhər saatlarında gənc fələstinlinin Əqabətu Cəbr düşərgəsində sionist hərbçilər tərəfindən başından güllə ilə vurulduğunu bildirib.