Hindistanda dini məbəddə 11 nəfər ölüb, 15 nəfər yaralanıb
Hindistanın cənubunda yerləşən Tamil Nadu şəhərindəki bir məbəddə 11 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisəyə səbəb elektrik cərəyanı olub.
Məlumatda bildirilib ki, ölənlərdən 2-si uşaqdır.
Hadisə ilə bağlı istintaq başlanılıb.
Həyatını itirənlərin sayının artması istisna edilmir.
Report.az