General-mayor Baqiri: İran və Çin Silahlı Qüvvələri arasında əməkdaşlıq inkişaf edir

General-mayor Baqiri: İran və Çin Silahlı Qüvvələri arasında əməkdaşlıq inkişaf edir

General Baqiri Çinin müdafiə naziri ilə görüşdə İran və Çin Xalq Respublikası Silahlı Qüvvələri arasında təhsil, hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını vurğulayıb.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Çin Xalq Respublikasının Müdafiə naziri ilə görüş çərçivəsində bu gün axşam saatlarında jurnalistlərə bildirib:

İran İslam Respublikası və Çin Xalq Respublikası Silahlı Qüvvələri arasında əlaqələr son illər inkişaf edir və indiyədək biz Oman dənizində birgə təlimlər keçirmişik.

O əlavə edib: “Çin Müdafiə naziri ilə bugünkü görüşdə iki ölkənin silahlı qüvvələri arasında təlimlərin keçirilməsi, təcrübə mübadiləsi, təlim məsələləri və digər ümumi sahələr üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi razılaşdırılıb. Beləliklə, biz hər iki ölkəni nəzarəti altında olan bölgələr üçün təhlükəsizliyi daha yaxşı təmin edə biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 9 =