Şəhid Süleymani qorxusu Tramp və Pompeonun yuxusunu ərşə çəkib

Şəhid Süleymani qorxusu Tramp və Pompeonun yuxusunu ərşə çəkib

ABŞ Xarici İşlər naziri ABŞ-ın keçmiş dövlət katibinə və digər keçmiş və indiki ABŞ rəsmilərinə qarşı sui-qəsdin real olduğunu və davam etdiyini iddia edib.

ABŞ dövlət katibi Entoni Blinken dünən (çərşənbə axşamı) Konqresə verdiyi açıqlamada keçmiş dövlət katibi Mayk Pompeoya sui-qəsd cəhdlərinin real olduğunu və davam etdiyini bildirib.

“South China Morning Post” qəzetinin yazdığına görə, Blinken keçən ay Senat nümayəndə heyəti qarşısında Dövlət Departamentinin həssas hesabatı barədə ətraflı məlumat verib.

O, ABŞ hökumətinin gecə-gündüz mühafizəsi də daxil olmaqla, keçmiş dövlət katibi üçün təhlükəsizlik tədbirlərinin mövcud olduğunu təsdiqləyib.

“Açıq havada nə deyəcəyimi bilmirəm, amma ümumilikdə deyim ki, Amerikanın həm indiki, həm də keçmiş rəsmiləri üçün daimi təhlükə var.” – deyə, Blinken bildirib.

Donald Trampın prezidentliyi dövründə ABŞ-ın keçmiş dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olmuş Pompeo Tramp administrasiyasının Tehrana sərt yanaşmasının, ABŞ-ın İranın nüvə sazişindən çıxmasından sonra sanksiyaların yenidən tətbiqinin və general Qasim Süleymaninin namərdcəsinə öldürülməsinin memarlarından biri olub.

ABŞ Dövlət Departamentinin ötən ay Konqresə təqdim etdiyi hesabata görə, ABŞ-ın bütün keçmiş rəsmiləri Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik İdarəsi tərəfindən 180 gün ərzində mühafizəni olunur.

Lakin Blinken “keçmiş dövlət katibi Pompeonun vəzifələrindən irəli gələn xarici güc və ya xarici gücün agenti tərəfindən ciddi təhlükəsi səbəbindən müdafiəni dəfələrlə 60 günlük müddətə uzadıb.

Hesabata görə, nazirlik Pompeonu və onun keçmiş baş köməkçiləri və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huku qorumaq üçün ayda 2 milyon dollardan çox pul xərcləyir və bu günə qədər 13 milyon dollardan çoxpul xərclənib.

Bayden administrasiyası yanvar ayından bəri Pompeo və Huka qarşı təhdidlərdən narahatdır.

Donald Trampın başçılıq etdiyi ABŞ hökuməti 2020-ci ildə general Qasim Süleymani və onun bir sıra ətrafını Bağdad hava limanı yaxınlığında şəhid etdi.

BMT-nin xüsusi məruzəçisi Agnes Kalamard qətli qanunsuz adlandırıb və buna haqq qazandırmaq üçün ABŞ-ın bəhanələrini rədd edib. Müxtəlif məlumatlar göstərir ki, Pompeo Tramp administrasiyasının general Süleymani ilə bağlı qərarında iştirak edən əsas şəxslərdən biri olub.

 Guardian qəzeti 2021-ci ilin avqust hesabatında Mayk Pompeonun təhlükəli fikirləri və mövqeləri barədə xəbərdarlıq edərək yazır ki, Prezidenti general Qasım Süleymaninin öldürülməsinə göstəriş verməyə inandıran məhz ABŞ dövlət katibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 5 =