Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Gilan əyalətinin meri ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Gilan əyalətinin meri ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Gilan əyalətinin meri Əsədulla Abbasi ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə Ə.Abbasi bildirib ki, iki ölkə xalqlarının mədəni, tarixi və dini bağlılıqlarının olması ölkələrimiz arasında əlaqələrin inkişafına təsir edir:

“Astara sərhəd-keçid məntəqəsində ticarət mübadiləsini artırmaq üçün geniş potensial mövcuddur. Sərhəd çayı üzərində körpünün inkişaf etdirilməsi ilə gündəlik 1000 yük maşının gediş-gəlişini təmin etmək mümkündür”.

Ə.Abbasi ticarət əlaqələrinin Kaspian limanı və Bakı limanı arasında qatar daşıyan gəmilərdən istifadə edilməklə daha da artırılacağını bildirib.

“Rəşt-Kaspian limanı arasında dəmir yolu xətti imkanından istifadə edə bilərik. Rəşt- Astara dəmir yolunun, eləcə də Astara-Astara dəmir yolunun tikintisini tezləşdirməklə ticarət mübadiləsinin həcmini daha da artıra bilərik”,- deyə Abbasi bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 3 =