TBNM ilə Hövsan limanına ilk dəfə yük çatdırılıb
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Hövsan limanına ilk dəfə yük çatdırılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “APA-Economics”ə verilən məlumata görə, yükün daşınması ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Maestro Niyazi” quru yük gəmisi ilə həyata keçirilib.
Qazaxıstanın Aktau limanından gələn gəmidə 140 ədəd 20 futluq TEU konteyner olub.
Hazırda Hövsan limanının 6-cı körpüsündə konteynerlərin boşaldılması əməliyyatı həyata keçirilir.
Apa.az