Lavrovun Hitlerlə bağlı dediklərinə İsrail Baş nazirinin reaksiyası

Lavrovun Hitlerlə bağlı dediklərinə İsrail Baş nazirinin reaksiyası

İsrailin Baş naziri Rusiya Xarici İşlər nazirinin Hitlerin yəhudi olması ilə bağlı sözlərinə reaksiya verib.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun dünənki mübahisəli açıqlamaları İsrailin Baş naziri Naftali Benneti özündən çıxarıb.

Əl-Mayadin xəbər saytının məlumatına görə, Naftali Bennett deyib:

“Lavrovun Hitlerin nəsli ilə bağlı açıqlamaları çox təhlükəli və həqiqətə uyğun deyil. Bunlar yəhudiləri təhqir etməyə yönəlmiş yalan bəyanatlardır.”

İsrailin müvəqqəti Xarici İşlər Nazirliyi bu gün (2 may, bazar ertəsi) Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ukrayna Prezidenti Vladimir Zelenskini Adolf Hitlerlə müqayisə etməsinə etiraz olaraq Rusiyanın Tel-Əvivdəki səfirini çağıraraq etirazını bildirib. Tel-Əvivin məlumatına görə, Lavrov antisemit ifadələr işlədib.

İsrail Xarici İşlər Nazirliyi Lavrovun sözlərini “təhlükəli” adlandırıb. Rusiyanın Tel-Əvivdəki səfiri Anatoli Viktorov İsrail xarici işlər nazirinin Avrasiya məsələləri üzrə müavini ilə şəffaf dialoq üçün çağırdığını açıqlayıb və Lavrovun sözlərini pisləyib.

Həmçinin müvəqqəti sionist rejimin Xarici İşlər naziri Yair Lapid Tvitter hesabında Rusiya xarici işlər nazirinin sözlərini “utanc verici və bağışlanmaz və dəhşətli tarixi səhv” adlandırıb və yazıb: “Yəhudilər Holokostda özlərini öldürməyilər. Yəhudiləri antisemitizmdə ittiham etmək yəhudilərə qarşı irqçiliyin ən aşağı səviyyəsidir.”

Bu arada, Rusiya xarici işlər naziri bazar günü (dünən) İtaliya televiziya kanalına müsahibəsində deyib:

“Zelenskinin yəhudi olması Ukraynada nasist elementlərinin mövcudluğunu inkar etmir. Mən inanıram ki, Hitlerin də yəhudi qanı vardı və ən pis antisemitlərdən bəziləri elə yəhudilərin özləridir.”

Sionist rejim ilə Rusiya arasında gərginlik Ukrayna müharibəsinə görə artıb, Lapid bir neçə gün əvvəl Twitter mesajında Rusiyanın Ukraynada hərbi cinayətlər törətdiyini iddia edib.

Məhz bu ittihamdan sonra Rusiya Xarici İşlər Nazirliyi sionist rejimin Moskvadakı səfiri Aleks Bin Zoini çağırıb və Lapidin sözlərini sərt şəkildə tənqid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + 15 =