İranın xarici işlər naziri: “ABŞ İranın qırmızı xətlərini bilir”

İranın xarici işlər naziri: “ABŞ İranın qırmızı xətlərini bilir”

Vyana müzakirələri dayandırılmayıb və başqa bir formatda ABŞ və İran arasında məktublaşmaqla davam etdirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan deyib.

H.Əmirabdullahiyan deyib ki, məktublaşma Avropa İttifaqının Vyana müzakirələrindəki nümayəndəsi vasitəsilə aparılır: “Bu müzakirələrdə hədəfimiz güclü və davamlı razılıq əldə etməkdir. ABŞ İranın qırmızı xətlərini bilir. Müzakirələri davam etdirəcəyik, razılıq əldə olunarsa nümayəndəmiz Vyanada son razılaşmanı imzalayacaq.”

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =