Kanadada təyyarə qəzaya uğrayıb, ölənlər var

KanadanınOntario əyalətində kiçik təyyarə qəzaya uğrayıb.
APA CTV kanalına istinadən xəbər verir kİ, hadisə nəticəsində 4 nəfər ölüb.
Hadisə əyalətin şimal-qərb hissəsində, məskunlaşan məntəqələrdən uzaq bir ərazidə baş verib.
Xilasedicilər “Piper PA-28” təyyarəsinin qalıqlarını hava gəmisinin üzərinə quraşdırılmış transponder vasitəsilə aşkar edə biliblər.
Təyyarənin göyərtəsində olan dörd nəfərin hamısı ölüb.
Qəzanın səbəbləri araşdırılır.
Apa.az