Türkiyəli diplomatı qətlə yetirən erməni terrorçu İrəvanda saxlanıldı
İrəvanda davam edən aksiyalarda ASALA terror təşkilatının üzvü Hambik Sasunyan saxlanılıb.
BAKU.WS “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Məlikyan sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Hambik Sasunyan 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı öldürməkdə təqsirli bilinib və ona ömürlük həbs cəzası verilib. 2021-ci ilin oktyabrında isə azadlığa buraxılaraq İrəvana qayıdıb.
BAKU.WS