Çin NATO-nu müharibələrə başlamaqda ittiham edib

Çin NATO-nu müharibələrə başlamaqda ittiham edib

NATO suveren dövlətlərə qarşı dağıdıcı müharibələrə başlayır.

APA “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjay Tszyun deyib.

 “Bəyan edilən müdafiə mahiyyətinin əksinə olaraq, NATO suveren dövlətlərə qarşı məqsədyönlü şəkildə müharibələrə başlayıb Alyans əhali arasında böyük itkilərə və humanitar fəlakətlərə səbəb olub”, – deyə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

O əlavə edib ki, NATO – nun Şərqə doğru irəliləməsi Avropada münaqişə toxumunun səpilməsinə səbə olub.

Çjan Çyun bir müddət əvvəl Moskva ilə Kiyev arasında danışıqların Ukrayna böhranının həlli üçün son vasitə olduğunu söyləyib. O əlavə edib ki, beynəlxalq ictimaiyyət dialoq və siyasi nizamlama üçün şərait təşkil etməlidir.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 7 =